Press "Enter" to skip to content

Dr. Fazıl Küçükün xatirəsi məzarı başında anılıb

Son yeniləmə: 15 Yanvar 2022 18:46

Bayraqdar.info – Kıbrıs türk xalqının azadlıq və istiqlal mübarizəsinin lideri Dr. Fazıl Küçükün vəfatının 38-ci ildönümü ilə əlaqədar Hamitköydəki Anıttəpədə mərasim keçirilib.

Mərasimdə Cümhurbaşqanı Ersin Tatar, Baş nazir Faiz Sucuoğlu, həmçinin KKTC-nin ikinci Cumhurbaşkanı Mehmet Ali Talat, Türkiyənin Lefkoşa Böyük elçisi Ali M. Başçeri, KTBK komandanı tümgeneral Sezai Öztürk, GKK komandanı tümgeneral Zorlu Topaloğlu, ana müxalifət CTP Genəl başqanı Tufan Erhürman, bəzi nazirlər, millət vəkilləri, müxtəlif dərnək və təşkilatların təmsilçiləri və Küçük ailəsi iştirak edib.

Dr. F.Küçükün məzarı önünə çələngin qoyulması, bayraqların endirilməsi və İstiqlal marşının oxunmasından sonra Cümhurbaşqanı E.Tatar Anıt özəl dəftərini imzalayıb.

Lefkoşa Türk Liseyinin şagirdinin şeir oxuması və Dr. F.Küçükün oğlu Mehmet Küçükün çıxışından sonra söz Cümhurbaşqanı Ersin Tatara verilib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, mərasimdə çıxış edən Cümhurbaşqanı Ersin Tatar Dr. Fazıl Küçükü sevgi və hörmətlə yad etdiyini bildirib.

Ersin Tatar və Dr.Fazıl Küçükün oğlu Mehmet Küçük

E.Tatar Dr. F.Küçükün həyatını Kıbrıs davasına həsr etdiyini bildirib. Adada Kıbrıs türk xalqını təşkilatlandırmağa çalışarkən, eyni zamanda Türkiyədə bu davanın mahiyyəti barədə dolğun məlumat yayılması üçün göstərdiyi misilsiz fəaliyyətdən bəhs edib.

O, 1937-ci ildə başlayan milli davanın bu gün də davam etdiyini, Yunan-rum ikilisinin münasibətinin dəyişmədiyini bildirib. E.Tatar Dr. F.Küçükün 103 kənddən qovulan və evləri dağıdılan Kıbrıs türklərinə öz mülkünü verəcək və mühacir evlərinin tikilməsini təmin edəcək qədər fədakar olduğunu deyib.

“Bu gün Doğu Akdənizdə yaşanan hadisələri izlədikdə Dr. F.Küçükün nə qədər uzaqgörən olduğu anlaşılır”, – deyən E.Tatar onun Kıbrıs davası yolunda birlikdə addımladığı dostlarının və eyni zamanda qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın xatirəsini ehtiramla andığını əlavə edib.

Mission News Theme by Compete Themes.