Son yeniləmə: 15 Yanvar 2022 11:23
Bayraqdar.info – Bu gün Kıbrıs türklərinin azadlıq və müstəqillik mübarizəsinin lideri Dr. Fazıl Küçükün vəfatının 38-ci ildönümüdür.
Məlumat üçün bildirək ki, 14 mart 1906-ci ildə Lefkoşada anadan olan F.Küçük ibtidai təhslini Haydarpaşadakı Tarakçı məktəbində alıb. F.Küçük sonra özəl İstiqlal Liseyində təhsil alıb. Bir müddət İstanbul Darülfünunda təhsil aldıqdan sonra Lozanna Universitetində tibb təhsili almaq üçün Fransaya, oradan da İsveçrəyə gedib.
1937-ci ildə Kıbrısa qayıdıb və sərbəst həkim kimi fəaliyyət göstərməyə başlayıb. O, həmçinin Lefkoşa Bələdiyyə Şurasının üzvü kimi fəaliyyət göstərib. 1942-ci il martın 14-də “Halkın səsi” qəzetini yaradıb və redaktoru olub.
18 aprel 1943-cü ildə Kıbrıs Adası Türk Azlığı Təşkilatını (KATAK) qurub. Daha sonra KATAK-dan ayrılaraq 23 aprel 1944-cü ildə Kıbrıs Milli Türk Xalq Partiyasına üzv olub. 1 aprel 1955-ci ildə EOKA-ya qarşı Kıbrıs Türk Müqavimət Birliyini quran F.Küçük Türkiyə, Yunanıstan və İngiltərə xarici işlər nazirləri arasında keçirilən konfransı izləmək üçün Londona gedib. O, Nyu-Yorkda keçirilən Kıbrıs danışıqlarında da iştirak edib.
3 dekabr 1959-cu ildə o, Kıbrıs Respublikasının vitse-prezidenti kimi görəvə gəlib.
Dr. Fazıl Küçük 1984-cü il yanvarın 15-də 78 yaşında İngiltərənin paytaxtı Londonda vəfat edib. Onun cənazəsi Lefkoşa yaxınlığındakı Hamitköydəki Mumcu təpəsində dəfn edilib.
Qeyd edək ki, Dr.F.Küçükün vəfatının 28-ci ildönümü ilə əlaqədar Hamitköy Dr. Fazıl Küçük İlkokulunda Dr. Fazıl Küçükün büstünün açılışı olub. Açılış mərasimində çıxış edən KKTC Cümhurbaşqanı Ersin Tatar “Bu gün müstəqil və azad bir şəkildə yaşayırıqsa buna görə Dr. Fazıl Küçükə və Rauf Raif Denktaşa borcluyuq” deyib.
Onu da vurğulayaq ki, Dr.F.Küçükün vəfatının 28-ci ildönümü ilə əlaqədar KKTC Cümhurbaşqanı Ersin Tatar, Baş nazir Faiz Sucuoğlu, bir çox nazirlər və qurumlar mesaj yayıblar.