Press "Enter" to skip to content

752 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 15 Yanvar 2022 13:28

Bayraqdar.info – 2021-ci ildəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 466 min nəfəri sosial müavinətlə,286 min nəfəri Prezidentin aylıq təqaüdüilə təmin olunub.

Keçən iləhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28 faiz çox olmaqla 417 milyon manat ödənilib.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Mission News Theme by Compete Themes.