Son yeniləmə: 14 Yanvar 2022 18:28
Bayraqdar.info – Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabr ayının 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvar ayının 17-də başa çatır.
Bu barədə bayraqdar.info-ya yanvarın 14-də Mədəniyyət Nazirliyindən bildirilib.
“Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaqdır. Həmçinin müsabiqənin məqsədlərindən biri də milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaqdır.
“Lakin, müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-ə qədər uzadılmasına qərar verilib”.
Nazirlik bildirir ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Reqlamentlə Nazirliyin bu linki vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür. Nəticələr isə mart ayının sonunda saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.