Son yeniləmə: 14 Yanvar 2022 10:03
Bayraqdar.info – Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.
Yanvarın 14-də Bakı Nəqliyyat Agentliyindən bayraqdar. info-ya verilən məlumatda bildirilir ki, BNA bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edir. Eyni zamanda, Agentlik piyadalardan yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edir.