Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan Albaniyaya səfər edəcək

Recep Tayyip Erdoğan

Son yeniləmə: 14 Yanvar 2022 00:37

Bayraqdar.info –Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan 2022-ci ildə xaricə ilk səfərini Albaniyaya edəcək.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumata əsasən birgünlük səfər yanvarın 17-də gerçəkləşəcək. Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin və regional məsələlərin müzakirə olunacağı gözlənilir.

Türkiyə Cümhurbaşqanı Albaniya parlamentində çıxış edəcək.

Məlumatda o da vurğulanır ki, R.T.Erdoğan Albaniyanın baş naziri Edi Rama ilə güclü əlaqələr qurub və iki ölkə 2021-ci ilin əvvəlində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıb.

R.T.Erdoğanın keçənilki ilk rəsmi qonağı məhz yanvarın 6-da Türkiyəyə gələn E.Rama olub.

Xəbərdə TBMM sədri Mustafa Şentopa istinadən bildirilir ki. Türkiyə 600-dən çox şirkətlə Albaniyaya 3,5 milyard dollar sərmayə qoyub.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.