Press "Enter" to skip to content

Orduda kadr işləri üzrə təlim-metodiki toplantı

Müdafiə Nazirliyində toplantı

Son yeniləmə: 14 Yanvar 2022 11:35

Bayraqdar.info – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib.

Müdafiə Nazirliyindən yanvarın 14-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini- Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və 2022-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların davam etdirildiyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı xüsusi vurğulanıb.

“Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün Azərbaycan Ordusunun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, peşəkar kadr heyətinin formalaşdırılması və onların səmərəli istifadə olunması qeyd edilib. Bütün səviyyədən olan idarəetmə subyektlərinin, o cümlədən kadr orqanı işçilərinin başlıca vəzifələrindən olduğunu bildirən idarə rəisi kadrların idarə edilməsində bir çox nailiyyətlərin əldə edildiyini və kadr idarəetmə sisteminin daha da təkmilləşdirildiyini qeyd edib. General-mayor E.Xəlilov 2022-ci il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitləri də ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.