Son yeniləmə: 14 Yanvar 2022 10:03
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlu Türkiyəyə səfəri çərçivəsində Ak Parti qərargahında da olub. Burada o, AK Parti Genel başqan yardımçısı Numan Kurtulmuşla görüşüb.
Bununla bağlı yayılan məlumatda deyilir ki, N.Kurtulmuş Türkiyənin KKTC-yə hər zaman dəstək verəcəyini bildirib: “Biz Kıbrısda KKTC-nin daha da güclü olması üçün Türkiyə olaraq bütün imkanalrımızı səfərbər etmişik. İnşallah bütün zaman və şərtlər daxilində KKTC-yə dəstək verməyi davam etdirəcəyik”.
KKTC-yə qarşı beynəlxalq aləmin haqsız davranışlarını tənqid edən N.Kurtulmuş daha sonra deyib: “Bunu deyirik, Kıbrıs adasında sülh və sabitliyin əldə edilməsinin yolu orada bərabər və suveren iki toplumun varlığının qəbul edilməsindən keçir”.