Son yeniləmə: 14 Yanvar 2022 16:23
Bayraqdar.info – Yanvarın 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi (“Ukraine Invest”) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsinin Baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin və digər sahələr üzrə məlumat, KOB-lara xidmət üzrə təcrübə mübadiləsini, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.