Son yeniləmə: 14 Yanvar 2022 00:12
Bayraqdar.info – Qardaş Türkiyənin “İyilik üretenler” Dərnəyi Azərbaycanda Vətən müharibəsi iştirakçılarına mütəmadi olaraq qayğı göstərir.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Dərnəyin Azərbaycan üzrə koordinatoru Elnurə İsgəndərova deyib.
Onun sözlərinə görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Dərnək tərəfindən növbəti aksiya həyata keçirilib: “Bu aksiya çərçivəsində Dərnəyin Azərbaycan kordinatoru olaraq mən “Abşeron” Gənclərin İnkişafı İctimai Bilriyinin icraçı direktoru Aygün İsgəndərova ilə birlikdə hazırda sağlamlıq-bərpa prosesində olan Vətən müharibəsi qaziləri Hüseynov Ülvi , Əhədov Nicat, Qurbanov Əbülfət, Hüseynov Novruz, Rufullayev Namiq, Məmmədov Cəfərsadiq, Əliyev Rauf, Mustafayev Hüseyn və Nurməmmədov Xaliqin evlərində ziyarətdə olduq. Ziyarət əsasında qazilərimiz döyüş xatirələrindən danışdılar. Ali Baş Komandanın hər an əmrinə hazır olduqlarını bildirdilər. Sonda “İyilik Üretenler” Dərnəyi tərəfindən qazilərimiz “Yüksek Onur Belgesi” ilə təltif olundular və onlara bayram sovqatı təqdim olundu”.
Bu ziyarətdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, polkovnik Elmar Hüseynlinin də iştirak etdiyini deyən Elnurə İsgəndərova əlavə edib ki, bu cür aksiyalar davamlı olacaq.