Son yeniləmə: 14 Yanvar 2022 12:15
Bayraqdar.info – “Yanvarın 16-sı axşam saatlarından başlayaraq yanvarın 17-si gündüzədək növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən yanvarın 14-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, bu sözləri Xidmətin rəisi Umayra Tağıyeva deyib.
Onun bildirdiyinə görə, bununla bağlı ölkə ərazisində yağıntılı hava şəraiti yenidən bərqərar olacaq: “İntensivlik haqqında dəqiq məlumatlar yaxın günlərdə təqdim ediləcək”.