Press "Enter" to skip to content

Havalar yenidən soyuyacaq, yağıntılar davam edəcək

Qarlı hava

Son yeniləmə: 14 Yanvar 2022 12:15

Bayraqdar.info – “Yanvarın 16-sı axşam saatlarından başlayaraq yanvarın 17-si gündüzədək növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən yanvarın 14-də  bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, bu sözləri Xidmətin rəisi Umayra Tağıyeva deyib.

Onun bildirdiyinə görə, bununla bağlı ölkə ərazisində yağıntılı hava şəraiti yenidən bərqərar olacaq: “İntensivlik haqqında dəqiq məlumatlar yaxın günlərdə təqdim ediləcək”.

Mission News Theme by Compete Themes.