Press "Enter" to skip to content

Hərbi qulluqçular psixoloji sahədə maarifləndirilir

Hərbi qulluqçular

Son yeniləmə: 14 Yanvar 2022 15:21

Bayraqdar.info – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə hərbi bölmələrdə tədbirlər keçirilb.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsi, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməkliklərin göstərilməsi məqsədilə həyata keçirilir.

“Tədbirlər çərçivəsində hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, əsəbi-psixi vəziyyətlərinin qiymətləndirilməsi, hərbi xidməti təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin sağlamlığının qorunması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi və digər mövzularda söhbətlər aparılıb. Sosial-psixoloji testlər və fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər keçirilib və tövsiyələr verilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.