Bayraqdar.info – Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başlayıb. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 568 (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.
“3 gün davam edəcək ölkə birinciliyində qızlar 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq-dan yuxarı, oğlanlar isə 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq və 90 kq-dan yuxarı çəki dərəcələrində güclərini sınayacaqlar.
“Keçirilən yarışlar çəki dərəcələrində iştirakçıların sayından asılı olaraq olimpiya, dairəvi və ya qarışıq üsulla, təsəlliverici yarımfinalçılardan müəyyən olunacaq.
“Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.
Yarışlar Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində keçirilir.