Press "Enter" to skip to content

ASCO-dan gəmilərə xəbərdarlıq

Gəmi

Son yeniləmə: 14 Yanvar 2022 11:33

Bayraqdar.info – Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib.

Bu barədə bayraqdar.info-ya yanvarın 14-də  ASCO-dan məlumat verilib.

“Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub. Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.