Son yeniləmə: 13 Yanvar 2022 13:21
Bayraqdar.info – Xarkov Vilayət Dövlət Adminstrasiyası rəhbəri Oleq Sinequbovun dəvəti ilə Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov ilə görüş keçirilib.
Fəxri konsulun ofisindən yanvarın 13-də bayraqdar.info-ya verilən məlumata görə, Oleq Sinequbov görüşdə Azərbaycanı yaxından izlədiyini,və münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib. O, xüsusi olaraq Xarkov vilayətinin Azərbaycanın regionları ilə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu deyib.
Bu əlaəqlərin dərinləşdirilməsi üçün hər cür dəstək göstərməyə hazır olduğu vurğulanıb. O.Sinequbov xüsusən neft-kimya, aqrar və təhsil sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov iki ölkə arasında mədəni və iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi prespektivlərindən danışıb. Qeyd edib ki, Azərbaycanda yüksək keyfiyyətli məhsullar istehsal edilir ki, onların Xarkov bazarında güclü rəqabət imkanları mövcuddur. Fəxri konsulluq iki ölkənin iş adamları arasında effektiv əlaqələrin qurulması və idxal-ixracın genişləndirilməsi üçün dəstək göstərir.
Fəxri konsul həmçinin Azərbaycan ərazilərinin 30 illik işğaldan azad edilməsinin yeni prespektiv imkanlar açdığını və bu imkanların Ukraynalı iş adamlarına təqdimat edilməsi üçün konsulluğun həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.