Press "Enter" to skip to content

Vergi ödəyicilərinin iştirakı ilə onlayn görüş keçiriləcək

Son yeniləmə: 13 Yanvar 2022 12:51

Bayraqdar.info – Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə bayraqdar.info-ya yanvarın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən tədbirlər çərçivəsində ilkin olaraq yanvarın 18-də saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə Zoom platforması üzərindən 300 vergi ödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulub.

Qeyd edilən görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri WebTelegram üzərindən 18.01.2021-ci il saat 14:30-a qədər görüşə yazıla bilərlər.

Mission News Theme by Compete Themes.