Son yeniləmə: 13 Yanvar 2022 17:29
Bayraqdar.info – Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rusdilli tamaşaçıları üçün “Silva” operettasını təqdim edəcək.
Bayraqdar.info xəbər verir ki, görkəmli macar bəstəkarı İmre Kalmanın dünyaca məşhur operettanın süjet xəttində iki gəncin saf, təmiz sevgi hekayəsi dayanır.
“Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ – iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır.
“Qeyd edək ki, sənət ocağının rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
“Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən edə bilərsiniz”, – deyə xəbərdə bildirilir.