Press "Enter" to skip to content

Mart ayında özəl teatrların festivalı keçiriləcək

Mədəniyyət Naziriyində görüş

Son yeniləmə: 13 Yanvar 2022 15:14

Bayraqdar.info – Yanvarın 12-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın 2022-ci ilin planlarına həsr olunan toplantısı keçirilib. Bu barədə yanvarın 13-də bayraqdar.info-ya Nazirlikdən xəbər verilib.

İctimai Şuranın sədri Gəray Əlibəyov iştirakçıları salamlayaraq görüşün həmçinin hesabat xarakteri daşıdığını diqqətə çatdırdı və şuranın tərkibində fəaliyyət göstərən işçi qrupları barədə məlumat verib.

“2022-ci ildən İctimai Şuranın tərkibində 4 işçi qrupu fəaliyyət göstərəcək. Aktyor və rejissor, Xalq artisti Vidadi Həsənovun rəhbərlik edəcəyi işçi qrupu ölkəmizdəki özəl teatrların fəaliyyəti və inkişafına dəstək məqsədilə yaradılıb. Mart ayında işçi qrupu özəl teatrların festivalını təşkil edəcək. Digər işçi qrupa aktyor və bədii qiraətçi, Əməkdar artist Azad Şükürov rəhbərlik edir. Bu işçi qrupu sənətə marağı olan gənclərə ustad dərsləri keçəcək. Bu dərslər orta məktəbdə müxtəlif sənət sahələri üzrə qabiliyyət imtahanına hazırlaşan şagirdlər üçün nəzərdə tutulub. Layihənin məqsədi regionlarda olan istedadlı uşaqları aşkar etməkdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin rəhbərlik edəcəyi üçüncü işçi qrupunun fəaliyyəti mədəni irsimizlə bağlıdır.

“Beynəlxalq əlaqələr üzrə nəzərdə tutulan 4-cü qrup isə Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun rəhbərliyi altında fəaliyyət göstərəcək. Bu qrup mədəniyyətin müxtəlif sahələrində beynəlxalq əməkdaşlığı əhatə edəcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.