Press "Enter" to skip to content

Günay Əfəndiyevaya Çingiz Aytmatov medalı təqdim olunub

Bayraqdar.info – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın və bütün türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov medalı ilə təltif olunub.

Bu barədə bayraqdar.info-ya yanvarın 13-də Fonddan məlumat verilib. Bildirilib ki, G.Əfəndiyeva bu medala Çingiz Aytmatov irsinin, Qırğızıstanın və bütövlükdə, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasi istiqamətində çoxşaxəli fəaliyyətinə görə layiq görülüb.

Medal Fondun prezidentinə Qırğıznın Azərbaycandakı səfiri cənab Kayrat Osmanaliyev tərəfindən təqdim olunub.

Qeyd edilməlidir ki, ötən illər ərzində Fond ilə təşkilatın qurucu üzv dövlətlərindən olan Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində müxtəlif səviyyəli görüşlər baş tutub və Qırğızıstanın mədəni irsinin təbliği ilə bağlı layihələr həyata keçirilib. Fond tərəfindən Azərbaycanda görkəmli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib, ədibin “Cəmilə” povesti əsasında qırğız dilində hazırlanmış tamaşa nümayiş etdirilib.

Həmçinin, Qırğızıstanın Azərbaycandakı səfiri K.Osmanaliyev Fondu bir neçə dəfə ziyarət edərək, təşkilatın kitabxanasına Qırğızıstanın mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən kitablar, Fondun muzeyinə isə – qədimqırğızmusiqi aləti komuz bağışlayıb.

Mission News Theme by Compete Themes.