Press "Enter" to skip to content

Gəmi təmiri zavodlarında 100-dən çox gəmi təmir edilib

Gəmiri təmiri

Son yeniləmə: 13 Yanvar 2022 10:34

Bayraqdar.info – “2021-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 106 müxtəlif tipli gəmi təmir olunub. Təmir olunan gəmilərdən 40-ı “Zığ” GTTZ-nin, 66-sı “Bibiheybət”GTZ-nin payına düşüb”. Bu sözlər yanvarın 13-də ASCO-dan bayraqdar.info-ya verilən məlumatda öz əksini tapıb.

Məlumatda bildirilir ki, ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 9-u əsaslı, 18-i tərsanə, 13-ü cari təmir edilib. Bunlardan 33-ü ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 2-si İstehsalat Xidmətləri İdarəsinə, 3-ü Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 18-i əsaslı, 35-i tərsanə, 13-ü cari təmir olunub. Bu üzən vasitələrin 61-i ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i isə kənar təşkilatlara aiddir.

“Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

“Qeyd edək ki, ASCO-nun həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodu geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodların əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.