Press "Enter" to skip to content

Fars-molla rejimi Güneyli xanımı girov götürüb

Arəş Cohəri və Şadi Gilək

Bayraqdar.info – Güney Azərbaycanın Muğan bölgəsindən olan Azərbaycanlı fəhlə hərəkatının fəalı Arəş Cohəri açıq məktub yayaraq xanımı Şadi Giləkin İran dövləti tərəfindən girov götürülərək həbs edildiyini bildirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, özü də Tehranın Evin zindanında 16 illik həbs cəzası çəkən Güneyli fəal məktubda bildirib: “Həyat yoldaşım rejimin girovgötürmə siyasətinin qurbanı olub. ETTELAAT məmurları xanımıma qarşı cinayət işi açaraq mənə basqı etmək istəyirlər”.

O, məktubunda yazıb ki, yaxalandığı zaman rejimin əmniyyət orqanının məmurları onun özünə və ana dilinə qarşı təhqiramiz sözlər işlədib, istintaqda isə məcburi etiraf verməyə razı olmadığı üçün həyat yoldaşına qarşı cinayət işi açılacağı ilə hədələnib.

Artıq A.Cohərinin xanımı Ş.Gilək yanvarın 8-də bir illik həbs cəzasını çəkmək üçün zindana salınıb.

Bundan öncə, 2021-ci il noyabr ayının sonunda isə A.Cohərinin anası videomüraciət yaymaqla ailəsinə qarşı təzyiq göstərildiyini açıqlamışdı. O, bildirmişdi ki, Tehran məhkəməsinin sədri həbsxanada A.Cohəri də daxil olmaqla bir sıra məhbuslarla görüş keçirib. Həmin görüşdə bildirilib ki, məhkumların məzuniyyətə buraxılması üçün ailələri müraciət etməlidir. Lakin məhkəmə sədri sözünə əməl etməyib və o, iki aydır hər həftə Muğandan Tehrana gəlməsinə baxmayaraq, oğlunun məzuniyyətə buraxılmasına nail ola bilmir.

A.Cohərinin anası habelə qeyd edib: “İki aydır Tehrana gəlib, nazirlik və başqa aidiyyəti qurumlara müraciət edirəm. Hər dəfə “gələn həftə müraciət et” deyib məni geri qaytarırlar. Son müraciətimdə isə Arəşin məzuniyyətə buraxılmasına razılıq verilmədiyini dedilər”.

Qeyd edək ki, Azərbaycanlı fəhlə hərəkatının fəalı A.Cohəri 2020-ci il oktyabrın 5-də tutularaq ETTELAAT-ın istintaq təcridxanasının təkadamlıq kamerasına (انفرادی بازداشتگان) salınıb. İstintaq başa çatdıqdan sonra o, girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmaq əvəzinə, 16 illik həbs cəzasına məhkum edilərək zindana atılıb.

Mission News Theme by Compete Themes.