Son yeniləmə: 13 Yanvar 2022 17:48
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak üçün geniş imkanlar yaradılıb. Bu imkanlar prosesin sürətlənməsinə və investisiyaların cəlb olunmasına istiqamətlənib.
Bu barəd İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya yanvarın 13-də məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə 59 hərrac keçirilib. Hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib.
İnnovasiyaların və elektron üsulların tətbiqi, prosedurların daha da sadələşdirilməsi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, ötən il hərraca çıxarılmış dövlət əmlakı üzrə 93 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 40 onlayn qoşulma reallaşıb.
Yerin təkinin daha səmərəli istifadəsi məqsədilə ilk dəfə olaraq 2021-ci ildən keçirilməyə başlayan hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib.
Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən il ərzində 4 müəssisənin dövlətə məxsus səhm və paylarının atışı üzrə investisiya müsabiqəsi keçirilib, dövlət büdcəsinə 10 milyonmanatdan artıq məbləğdə vəsaitin köçürülməsi təmin edilib. İnvestorlar18 milyon manata yaxın məbləğdə investisiya proqramlarının icrasına, müəssisələrin dövlət büdcəsinə vergi və sosial ayırmalar üzrə borclarının ödənilməsinə dair öhdəliklər götürüb.
Qeyd edək ki, əvvəlki illərdə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələr də daxil olmaqla, 2021-ci il ərzində müəssisələrə 21,3 milyon manata yaxın investisiya yatırılıb.
2021-ci ildə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,7 milyon manat təşkil edib və illik proqnoz -101.6faiz icra olunub. Bu, 2020-ci ilin göstəricisindən 51,2 milyon manat və ya 83.2 faiz çoxdur.