Press "Enter" to skip to content

Dava adamı

Son yeniləmə: 13 Yanvar 2022 02:06

Silahdaşları Rauf Denktaş haqqında

Bayraqdar.info – Yanvarın 13-ü Kuzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşının vəfatının 10-cu ildönümüdür. Bu münasibətlə KKTC və Türkiyədə anım mərasimləri keçiriləcək.

Bu arada isə KKTC və Türkiyə mediasında R.Denktaşla bağlı yazılar dərc edilir. Onlardan birində isə silahdaşlarının KKTC-nin qurucu lideri haqqında xatirələri öz əksini tapıb. Rauf Denktaşı “Dava adamı” kimi dəyərləndirən silahdaşları onun gördüyü işlərdən bəhs ediblər.

R.Denktaşın Kıbrıs türk xalqı üçün mübarizə apardığı illərdə onunla çiyin-çiyinə döyüşənlər, TMT Mücahidlər Dərnəyinin sədri Yılmaz Bora və dərnək üzvü Taner Çuvalcıoğlu bu tarixi şəxsiyyət barədə fikirlərini Anadolu Ajansı ilə bölüşüblər.

Mücahit Bora, “R.Denktaş bizə Türkiyəyə sevgi və bağlılığı ifadə edən bir addır. Denktaş bəy Ana vətənimizlə əlaqələrimizə böyük əhəmiyyət verirdi”, – deyib.

O, R.Denktaşın türk millətinə və Türkiyəyə hər zaman güvəndiyini, xalqa da davamlı olaraq “Türkiyə olmasa bu mübarizəinin heç bir nəticəsi olmaz” dediyini xatırladıb.

Y.Bora, daha sonra deyib: “Denktaş bəy Kıbrıs davasını daxildə və xaricdə müdafiə etdi. O, sübut etdi ki, Kıbrıs heç vaxt yunan olmayıb. R.Denktaş ilk liderimiz, Kıbrıs türk xalqının varlıq və azadlıq mübarizəsinin lideri Dr. Fazıl Küçüklə çiyin-çiyinə və ictimaiyyətin dəstəyi ilə mübarizə apardı”.

Mücahit Çuvalcıoğlu isə R.Denktaşın tam bir dava adamı olduğunu söyləyib: “R.Denktaş heç vaxt pis bir iş görməyib və həyatını Kıbrıs davasına həsr edib. R.Denktaş hər zaman doğrunun və ədalətin tərəfində olub”.

T.Çuvalcıoğlu, R.Denktaşın Kıbrıs davası üçün illərlə ailəsindən ayrı yaşadığını və həmin illərdə iki övladını itirdiyini deyib: “R.Denktaş ölməzdən əvvəl “Bizim titanağımız KKTC-dir. Əlimizdəki güc budur. Qətiyən bu davadan geri dönməyin, bizi xilas edəcək budur-dövlətimiz” deyə, vəsiyyət etdi”.

Mission News Theme by Compete Themes.