Son yeniləmə: 13 Yanvar 2022 02:25
Ersin Tatardan Rauf Denktaşın vəfatının 10-cu ildönümü ilə bağlı paylaşım
Bayraqdar.info – Yanvarın 13-ü Kuzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu Cümhurbaşqanı Raur Raif Denktaşın vəfatının 10-cu ildönümüdür.
Xatırladaq ki, 1924-cü il yanvarın 27-də Kıbrısda Aybifan kəndində anadan olan Rauf Raif Denktaş uşaqlığının ilk saatlarında anasını, 15 yaşından sonra isə atasını itirib. 1947-ci ildə İngiltərədə təhsilini başa vurub Kıbrısa döndüyü andan xalqının azadlığı uğrunda açıq və gizli fəaliyyətlər göstərib.
1949-cu ildən 1953-cü ilə qədər hüquq-mühafizə orqanlarında çalışıb. Rəsmi vəzifədən ayrılandan sonra Kıbrıs Türk Kurumları Federasiyasının başqanlığına seçilib. 1960-cı və 1970-ci ildə Türk Cəmaət Məclisinin başqanı seçilib, Kıbrıs Barış Hərəkatının ardından 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin elanını təşkil edib.
1985-ci ildə KKTC-ni elan edərək, bu ölkənin qurucusu və ilk Cümhurbaşqanı kimi tarixə düşüb. 2005-ci ilə qədər Cümhurbaşqanı olan Rauf Denktaş həmin il keçirilən prezident seçkilərinə qatılmamaq qərarına gəlib.
R.Denktaş 13 yanvar 2012-ci ildə 88 yaşında orqan çatışmazlığı diaqnozu ilə müalicə aldığı xəstəxanada vəfat edib. Ölümündən sonra Türkiyədə və KKTC-də milli matəm elan edilib və 17 yanvar 2012-ci ildə dövlət mərasimindən sonra Lefkoşadakı Cümhuriyyət parkında dəfn edilib.
KKTC və Türkiyədə hər il yanvarın 13-də Rauf Denktaşın vəfatı ilə bağlı anım mərasimləri keçirilir.
Bu arada isə KKTC Cumhurbaşkanı Ersin Tatar, qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın ölümünün 10-cu ildönümü münasibətilə sosial şəbəkə hesabından paylaşım edib.
KKTC Cümhurbaşqanının sosial şəbəkədəki Tvitter hesabında paylaşdığı mesajda deyilir:“Son nəfəsində belə “KKTC-ni yaşadın, Ana vətən Türkiyədən dörd əllə yapışın” deyən qurucu Cümhurbaşqanımız Rauf Raif Denktaş bu vəsiyyəti ilə mübarizəmizə və yolumuza işıq tutmaqda davam edir”.
Son nefesinde bile " KKTC'yi yaşatınız, Anavatan Türkiye'ye dört elle sarılınız" diyen Kurucu Cumhurbaşkanımız Rauf R.Denktaş bu vasiyeti ile mücadelemize ve yolumuza ışık tutmaya devam ediyor. pic.twitter.com/Uk6r7AqYqe
— Ersin Tatar (@ErsinrTatar) January 12, 2022