Bayraqdar.info – “Azərsun Holdinq”in Sınaq Laboratoriyası Azərbaycan adına növbəti uğura imza atıb. Üzərində “Made in Azerbaijan” yazısını şərəflə daşıyaraq dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən məhsulların istehsalçısı olan şirkətlər qrupu Almaniyada təşkil edilmiş, 31 ölkədən dünyanın ən güclü 128 laboratoriyasının iştirak etdiyi 27-ci laboratoriyalararası qarşılıqlı sınaqlarda iştirak edib.
Bu barədə bayraqdar.info-ya yanvarın 13-də “Azərsun Holdinq”dən məlumat verilib.
Bildirilib ki, adıçəkilən şirkətlər qrupuna aid laboratoriya,bu sınaqlardayağlar üçün əsas analizlərdən sayılan, FFA, Peroksid ədədi, Yağ turşu tərkibi, Refraktiv indeks, Yod ədədi, Anizidin ədədi və zeytun yağlarında K-232, K-270 göstəricilərinin təyinində iştirak edərək yüksək nəticələr qazanıb.
“Azərsun Holdinq”ə məxsus laboratoriyanın əldə etdiyi yüksək göstəricilərin nəticəsidir ki, yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də, öz məhsullarının analizlərini etibar edir. Hazırda bu laboratoriya, Fransa, Polşa, Rusiya şirkətlərindən də nümunə qəbul edərək analizlər edir.
Qeyd edək ki,Yaponiya, Almaniya, ABŞ istehsalı olan müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya, həm yerli (AZAK), həm də beynəlxalq Akkreditasiyalardan (Almaniyanın DakkS qurumu tərəfindən) keçmiş və bütün dünyada müştərilərə keyfiyyətli məhsulların təqdim olunması üçün, istehsal müəssisələri ilə bərabər fasiləsiz fəaliyyət göstərir.