Press "Enter" to skip to content

9 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Son yeniləmə: 13 Yanvar 2022 14:13

Bayraqdar.info – Ötən il ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 9 min 325 nəfərə reabilitasiya xidmətləri göstərilib.

Bu barədə Şəki şəhərindəki Reabilitasiya Mərkəzinə təşkil edilən media-turda məlumat verilib. ƏƏSMN-dən bayraqdar.info-ya yanvarın 13-də verilən məlumata əsasən media-turun təşkilində məqsəd əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə media nümayəndələrini yaxından tanış etməkdir.

Mediatur zamanı qeyd olunub ki, əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1 faiz çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8 min 716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1 min 200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.

Bildirilib ki, müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı Şəki Reabilitasiya Mərkəzində limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya, amplipuls, fonoforez, qısa dalğadiotermiya, UVÇ, zərbə dalğaterapiya, elektroforez, müalicəvi masaj, hidromasaj, traksiya, müalicəvi bədən tərbiyəsi terapiyası və digər prosedurlar həyata keçirilir. Burada Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur.

Ötən il Mərkəzdə əlilliyi olan500-dən çoxşəxsə ambulator və stasionar şəkildə reabilitasiya xidmətləri göstərilib.

Post müharibə dövründə Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçulardan, yaxınlarından, habeləşəhidailəsiüzvlərindənibarət 100-dək şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri ilə, burada tətbiq olunanfizio terapevtik prosedurlarla tanış olublar.

Mission News Theme by Compete Themes.