Press "Enter" to skip to content

Rauf Denktaş və Dr. Fazıl Küçükün xatirələri anılacaq

Son yeniləmə: 12 Yanvar 2022 00:27

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu Cümhurbaşqanı Rauf Raif Denktaş və azadlıq mübarizəsinin lideri Dr. Fazıl Küçük ölüm ildönümlərində mərasimlərlə anılacaq.

Bu barədə yayılan məlumatda deyilir ki, KKTC-nin Milli Günləri Qeydetmə Komitəsi mərasimlərlə bağlı açıqlama yayıb. Həmin açıqlamaya əsasən R.Denktaş ölümün 10-cu ildönümü ilə əlaqadar yanvarın 13-də, Dr.Fazıl Küçükün ölümünün 38-ci öldünüm ilə əlaqədar isə yanvarın 15-də anım mərasimləri keçiriləcək.

Beləliklə yanvarın 13-də saat 10.08-də Rauf Raif Denktaşın abidəsi önündə başlayacaq mərasim Cümhurbaşqanı Ersin Tatar və Denktaşın ailəsinin abidə önünə əklil qoyması ilə davam edəcək.

Sayğı duruşu və İstiqlal Marşının ardından E.Tatar xatirə dəftərini imzalayacaq.

Rauf Raif Denktaşın anım mərasimi Sedat Simavi Sənaye Peşə Liseyi şagirdinin şeir oxuması, daha sonra E.Tatarın çıxışı ilə yekunlaşacaq.

Yanvarın 15-də saat 10.26-da isə Dr. Fazıl Küçükün abidəsi önüdə mərasim başlayacaq. Abidə önünüə çələng qoyulması, sayğı duruşu və İstiqlal Marşıdan sonra Cümhurbaşqanı E.Tatar xatirə dəftərini imzalayacaq. Sonra isə Lefkoşa Türk Liseyinin şagirdi şeir oxuyacaq. Həmçinin azadlıq mübarizəsi lideri Dr. Fazıl Küçükün nəvəsi Selen Süheyla Küçük və Cümhurbaşqanı Ersin Tatar çıxış edəcək.

Hər iki mərasim koronavirusla bağlı tədbirləri çərçivəsində maska və məsafə qaydalarına uyğun keçiriləcək.

Mission News Theme by Compete Themes.