Son yeniləmə: 12 Yanvar 2022 12:46
Bayraqdar.info – Yanvarın 11-də Dünya Qoruqlar və Milli Parklar Günü münasibətilə məktəblilər üçün maarifləndirici tədbirlər təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən yanvarın 12-də bayraqdar.info-ya verilən xəbərə görə, şagirdlərə biomüxtəlifliyin qorunmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu, flora və fauna aləmi, “Qırmızı kitab”a düşən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan heyvan və bitkiləri haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.