Bayraqdar.info – Yanvarın 2-də başlayan və ortalığı xaosa sürükləyən olayların ardından ölkəyə yeridilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri yanvarın 13-dən etibarən Qazaxıstanı tərk edəcək.
Bu haqda məlumatı ölkə Prezidenti Qasım-Jomart Toqayev yanvarın 12-də keçirilən operativ qərargahın toplantısında verib. Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Prezident bildirib ki, KTMT qüvvələri ölkədə, əsas da Almatı şəhərində vəziyyətin sabitləşməsinə böyük töhfə verib.
“Missiya çox uğurlu olub. Bir daha həmkarlarıma – dövlət başçılarına təşəkkür edirəm”, – deyə Prezident bildirib.
[…] KTMT qüvvələri yanvarın 13-dən Qazaxıstanı tərk edir […]