Press "Enter" to skip to content

Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlandı

Baş Prokurorluq

Son yeniləmə: 12 Yanvar 2022 11:27

Bayraqdar.info – Kəlbəcər rayonu ərazisində xidməti vəzifəsinin icrası zamanı Ermənistan tərəfindən açılmış atəş nəticəsində hərbi qulluqçu Ayaz Nəzərovun şəhid olması faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluq yanvarın 12-də məlumat yayıb. Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun şəhid olması faktı ilə bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Mission News Theme by Compete Themes.