Bayraqdar.info – Ermənistan Səhiyyə Nazirliyi elan edib ki, ölkədə nəsil artırma üçün əlavə proqram icra edilir.
Yanvarın 12-də yayılan məlumata görə, dövlət 2020-ci ilin 44 günlük savaşındakı məğlubiyyət nəticəsində itirdiyi canlı qüvvənin yerini doldurmaq üçün hərəkətə keçib. Bunun üçün övladı müharibədə ölmüş analara əlavə imkanlar təklif edilir ki, itirdiklərinin yerinə yenisini doğsunlar.
Qeyd olunur ki, iki yüzədək qadın ölmüş övladının yerinə uşaq doğmaq üçün proqramdan yararlanır. Müraciət etmək üçün yaş həddi də yoxdur.
Müraciət edənlərdən 2-sinin artıq övladı olub, 27-si isə hamilədir.