Press "Enter" to skip to content

Elmlər doktorluğuna iddialıların fəaliyyəti müzakirədə

AMEA İnformasiya Texnologiyaları İnstitutu

Son yeniləmə: 12 Yanvar 2022 15:20

Bayraqdar.info – AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarı keçirilib.

Bu barədə yanvarın 12-də bayraqdar.info-ya AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik Rasim Əliquliyev tədbirdə elmlər doktorluğuna iddialı olan bir qrup şəxsin elmi fəaliyyəti ilə bağlı müzakirələrin aparılacağını söyləyib.

“Akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi fəaliyyətinin monitorinqinin aparılması, dissertasiya işlərinin müzakirəsi və hesabatların hazırlanmasının vacibliyini vurğulayıb: “Seminarın əsas məqsədi institutun tədqiqatçılarının dissertasiya işlərinin vəziyyətini müzakirə etmək, görülmüş işlərlə, məqalələrlə tanış olmaq, qarşıya qoyulmuş məsələlərə bir daha diqqət yetirmək, eləcə də doktorant və dissertantlara elmi fəaliyyətlərində dəstək olmaqdır”.

“İnstitutun əsas fəaliyyət istiqamətlərindən birinin də kadr hazırlığı olduğunu söyləyən akademik bu istiqamətdə struktur bölmələrin rəhbərlərini fəallıq nümayiş etdirməyə çağırıb, gənclərlə fəal iş aparmağın, onlara intellektual dəstək göstərməyin zəruriliyini önə çəkib.

“R.Əliquliyev institutda fəlsəfə və elmlər doktorları hazırlığı üzrə ardıcıl tədbirlərin görüldüyünü də diqqətə çatdırıb. Qeyd edib ki, institutda şöbədaxili və şöbələrarası intellektual müzakirələrin təşkili, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların keyfiyyətinin artırılması son dərəcə vacibdir. Alim və mütəxəssislər bu prosesə töhfə verməli, biliklərini bölüşməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidirlər.

“Sonra institutun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verib.

“Daha sonra institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Elektron təhsil mühitinin idarə edilməsi və elmi-nəzəri əsaslarının işlənməsi” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, çap olunmuş və hazırlanma mərhələsində olan məqalələr barədə danışıb”, – deyə məlumatda vurğulanır.

“E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi” mövzusunda dissertasiya işi barədə məlumatı institutun Təhsil şöbəsinin müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov təqdim edib.

Mılumatda o da deyilir ki, hər bir tədqiqatçının dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, təklif və tövsiyələr səsləndirilib.

Mission News Theme by Compete Themes.