Press "Enter" to skip to content

Dövlət Əmək Müfəttişliyi Xidmətinə “İSO 37001” sertifikatı

Son yeniləmə: 12 Yanvar 2022 18:48

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə İSO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) “İSO 37001” (Antikorrupsiya idarəetmə sistemi) beynəlxalq sertifikatı təqdim edilib.

Bu barədə bayraqdar.info-ya yanvarın 12-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, sertifikat Xidmətdə anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir. “İSO 37001” özündə dünyada formalaşmış ən yaxşı praktikanı ehtiva edir və idarəetmədə şəffaflığın artırılmasına zəmin formalaşdırır.

İSO 37001 standartı korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün tətbiq edilən bir sıra mexanizmləri əhatə edir.

Bu standartı əldə etmək istəyən qurum üçün üç mərhələ nəzərdə tutulub. İlk mərhələ müvafiq təlim kursuna cəlb edilmə, ikinci mərhələ təlimdən keçmiş mütəxəssislər tərəfindən standartın tələblərinə uyğun idarəetmə sisteminin çalışdıqları qurumda tətbiq edilməsidir. Üçüncü və son mərhələ isə qurumda standartın tələblərinə uyğun idarəetmə sisteminin tətbiqinin qiymətləndirilməsidir.

Dövlət Əmək Müfəttişliyi Xidmətində hər bir mərhələ üzrə müvafiq işlər aparılıb. Müvafiq təşkilat bu işlərin yekunu olaraq Xidmətdə tətbiq edilmiş idarəetmə sisteminin standartın müddəalarına uyğunluğunu qiymətləndirib və sertifikatla təsdiq edib.

Mission News Theme by Compete Themes.