Son yeniləmə: 12 Yanvar 2022 12:54
Bayraqdar.info – Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin “Traviata” operası nümayiş ediləcək.
Teatrdan bayraqdar.info-ya bildirilib ki, sənət ocağının repertuarında xüsusi yer tutan səhnə əsərində baş rolları Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) canlandıracaqlar.
“Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan operada digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D’ Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) çıxış edəcəklər.
“Qeyd edək ki, məşhur fransız yazıçısı Aleksandr Dümanın “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan “Traviata”, Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli-yoxuşlu həyatını əks etdirir”, – deyə xəbərdə qeyd edilib.