Son yeniləmə: 12 Yanvar 2022 13:57
Bayraqdar.info – Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Baş Prokurorluqdan bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
“Rusiyaya işguzar səfəri çərçivəsində Baş prokuror K.Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Səud Abdulla Əlşərif arasında ikitərəfli görüş keçirilib.
“K.Əliyev dövlətlər arasında bütün sahələrdə münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayaraq, bu sahədə dövlət başçıları cənab İlham Əliyev və Kral Salman bin Əbdül-Əziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.
“Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana dəstəyinə görə təşəkkürünü bildirib.
“Krallığın Baş prokuroru Azərbaycanı möhtəşəm qələbə münasibətilə təbrik edərək Azərbaycanın ərazi bütövlüyünün bərpasını bütövlükdə müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb.
“Görüşdə ikitərəfli maraq kəsb edən bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən prokurorluqlarımız arasında əməkdaşlıq sənədinin imzalanmasına dair fikir mübadiləsi aparılıb”, – deyə məlumatda vurğulanır.