Press "Enter" to skip to content

Baş prokuror Moskvada İranlı həmkarı ilə görüşüb

Kamran Əliyev və Məhəmməd Cəfər Montazeri

Son yeniləmə: 12 Yanvar 2022 16:44

Bayraqdar.info – “Moskvaya işguzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bayraqdar.info-ya bildirilib ki, görüşdə qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

“Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi məsələləri müzakirə edilib. Bundan başqa, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında da danışılıb”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.