Son yeniləmə: 12 Yanvar 2022 18:46
Bayraqdar.info – Türkiyədə səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Faiz Sucuoğlu bır sıra görüşlər keçirib. Baş nazir həmçinin KKTC-nin Ankaradakı səfirliyində də olub.
Baş Nazirlikdən bununla bağlı yayılan məlumatda deyilir ki, səfriliyi ziyarət edən F.Sucuoğlu səfir Kemal Köprülüdən gündəlik fəaliyyətlərlə bağlı məlumat alıb.
Baş nazir həmçinin səfirlikdə çalışanlarla da tanış olub. F.Sucuoğlu Türkiyə-KKTC əlaqələrinin daha da inkişafı üçün illərdir önəmli diplomatik missiya həyata keçirən səfirlik təmsilçilərinin fəaliyyətini yaxından izlədiyini bildirib.