Press "Enter" to skip to content

“Artım” layihə məkanında yeni tamaşa

ARTIM

Son yeniləmə: 12 Yanvar 2022 16:25

Bayraqdar.info – Yanvarın 16-da ARTIM layihə məkanında İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtarar” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

ARTIM-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi tamaşa müasir insanların bir-biri ilə ünsiyyət və münasibət qura bilməməsindən bəhs edir. Səhnə əsəri eyni vaxtda ARTIM-ın üç zalında üç dildə (Azərbaycan, rus, ingilis) səsləndiriləcək.

“Saat 17:00 və 19:00-da nümayiş olunacaq tamaşaya baxmaq üçün öncədən qeydiyyatdan keçmək vacibdir”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.