Son yeniləmə: 12 Yanvar 2022 08:55
Bayraqdar.info – “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik”.
Bu sözlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumatında öz əksini tapıb.
Məlumatda deyilir ki, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır: “Allah Şəhidimizə rəhmət eləsin!”