Press "Enter" to skip to content

Tarixdə ilk dəfə: qatar təyyarə ilə toqquşdu – VİDEO

Toqquşma anı

Bayraqdar.info – ABŞ mediasının yaydığı xəbərə görə, Kaliforniya ştatında qatar təyyarə ilə toqquşub. Hadisə yanvarın 10-da baş verib. Ştatın Los Anceles şəhərində qəza səbəbindən yerə enməli olan yüngül təyyarə dəmir yolunun üzərinə düşüb. Təcili müdaxilə ilə pilot təyyarədən çıxarılsa da uçuş aparatının özünü xilas etmək mümkün olmayıb.

Videodan da göründüyü kimi, pilotun təyyarədən çıxarılması anında uzaqdan qatarın fit səsi eşidilir. Bir neçə saniyə sonra isə qatar tam sürətlə dəmir yolunun üzərindəki təyyarəyə çırpılır. Xəbərlərdə qatarda heç kimin xəsarət almadığı bildirilir.

Bir daha qeyd edək ki, belə bir hadisə – qatarın təyyarə ilə toqquşması tarixdə ilk dəfə qeydə alınır.

https://www.tiktok.com/@azerhasret/video/7051937052471971073

Mission News Theme by Compete Themes.