Press "Enter" to skip to content

Redaksiyalarda işçilərin 30-40 faizi ilə müqavilə bağlanır – JuHİ

MEDİA

Son yeniləmə: 11 Yanvar 2022 11:27

Bayraqdar.info – “Azərbaycanda aparılan struktur islahatları KİV redaksiyalarında əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir göstərib. 2021-ci ildə KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Həmçinin, Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinə dəstək layihələri müsabiqəsi kontekstində irəli sürdüyü şərtlər sırasında KİV redaksiyalarında əmək müqavilələrinin bağlanması tələbini də irəli sürməsi redaksiyalarda işçilərlə müqavilələrin bağlanılmasını stimullaşdırıb. Sorğuya cəlb edilənlərin 90 faizdən çoxu bildirib ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılır. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi problemlər də qalmaqdadır”.

Bayarqdar.info bildirir ki, bu sözlər JuHİ-nin 2021-ci ilə aid hazırladığı hesabatda əksini tapıb.

Hesabatda qeyd edilir ki, xüsusi olaraq 3 məqam diqqəti çəkir:

“KİV redaksiyalarında əmək müqavilələrinin yalnız bir qrup işçiyə tətbiq edilməsi. Sorğunun nəticələri göstərir ki, redaksiyalarda işçilərin 30-40 faizi ilə müqavilələr bağlanılır, qalan işçilər müqaviləsiz, şifahi razılaşmalarla çalışdırılır. Bu yanaşma sorğu keçirilən redaksiyaların 25 faizində müşahidə edilib.

“Fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi; real əmək haqqının əmək rəsmi sənədlərdə göstərilənlərlə uyğunsuzluğu.

“Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə “xidmət müqaviləsi”nin bağlanılması, əmək haqqının uyğunsuz rəsmiləşdirilməsi əmək münasibətlərinə xitam verilmə, ixtisarlar və digər hallarında jurnalistlər üçün əlverişsiz durum yaradır”, – deyə hesabatda vurğulanır.

Mission News Theme by Compete Themes.