Press "Enter" to skip to content

Övladlarınızı sakitləşdirmək üçün telefon və planşetdən istifadə etməyin – DİN

Son yeniləmə: 11 Yanvar 2022 15:15

Bayraqdar.info – Daxili İşlər Nazirliyi (DİN)  valideynlərə müraciət edib.

DİN-dən yanvarln 11-də bayraqdar.info-ya daxil olan müraciətdə deyilir: “Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:

– övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

– övladlarınızın suallarını cavabsız qoymayın, “işim var, məşğulam, sonra…” deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual “dost”lar axtaracaq;

– günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

– övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

– övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

– övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun. Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!”

Mission News Theme by Compete Themes.