Son yeniləmə: 11 Yanvar 2022 15:15
Bayraqdar.info – Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.
DİN-dən yanvarln 11-də bayraqdar.info-ya daxil olan müraciətdə deyilir: “Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:
– övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
– övladlarınızın suallarını cavabsız qoymayın, “işim var, məşğulam, sonra…” deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual “dost”lar axtaracaq;
– günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
– övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
– övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
– övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun. Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!”