Press "Enter" to skip to content

Meyvə-tərəvəz, ağaclar, bitkilər, yemlər, istixana və saxlanclarda fumiqasiya

Fumiqasiya tədbirləri

Son yeniləmə: 11 Yanvar 2022 12:12

Bayraqdar.info – Fumiqasiya (karantin zərərsizləşdirmə)  – müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.

“Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən 2021-ci ildə fiziki və hüquqi şəxslərin müraciəti əsasında Respublika ərazisində 169 min 203 m3 meşə materialı, 267 min 169 ton dənli və dənli-paxlalı bitkilər, yemlər, texniki yüklər, 32 min 715 m3 yaş meyvə-tərəvəz, 1 milyon 566 min 710 m3 istehsal və saxlanma yerləri, 1 milyon 247 min 700 m2 istixana zərərsizləşdirilib”.

Bu barədə bayraqdar.info-ya yanvarın 11-də Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.

“Keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb. Ötən il ərzində zərərsizləşdirilərək ixrac olunan məhsullarda alıcı ölkələr tərəfindən heç bir zərərverici aşkar olunmayıb, bu da yerli məhsulların ixrac potensialının artmasına şərait yaradılıb.

“Bildiririk ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

“Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45 (daxili:126); 050-644-74-15; 070-965-62-14, müraciət edə bilərlər”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.