Press "Enter" to skip to content

KTMT qoşunları Qazaxıstanı tərk edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı

Bayraqdar.info – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev yeni Baş naziri təsdiq edib. Bu, Əlixan Smailovdur. Daha öncə ölkə parlamenti onun namizədliyini yekdilliklə qəbul etmişdi.

Qeyd edək ki, yanvarın 2-də baş verən qarşıdurmalar və ölkənin xaosa sürüklənməsi sonucu Q-J.Toqayev ölkə hökumətini istefaya göndərməli olmuşdu.

Qazaxıstandan gələn daha bir xəbərdə isə deyilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhyaratma missiyası da 2 gün sonra mərhələli şəkildə ölkəni tərk etməyə başlayacaq. Buna səbəb onların qarşısına qoyulan vəzifənin yerinə yetirilməsidir. Xəbəri Prezident Q-J.Toqayevin özü elan edib.

Bu xəbərlərin fonunda Azərbaycanın Nur-Sultandakı səfirliyi də açıqlama yayıb. Sosial media üzərindən yayımlanan açıqlamada deyilir ki, Azərbaycan səfirliyini hər zamankı kimi yenə də Qazaxıstan hüquq mühafizə orqanları mühafizə edir.

Bildirək ki, səfirliyin belə bir açıqlama yaymasına səbəb bəzi kəsimlərin guya Ermənistan silahlı qüvvələrinin Qazaxıstana ezam edilmiş hərbçilərinin Azərbaycan təmsilçiliyini mühafizə etməsi ilə bağlı şayiəsinə aydınlıq gətirməkdir.

Mission News Theme by Compete Themes.