Son yeniləmə: 11 Yanvar 2022 09:18
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Faiz Sucuoğlu Ankaraya rəsmi səfər edəcək. Bu barədə verilən məlumatda deyilir ki, F.Suçuoğlu yanvarın 11-də yerli vaxtla saat 12:50-də Türkiyə paytaxtına yola düşəcək.
Baş nazir yanvarın 12-də Türkiyənin vitse-prezidenti Fuat Oktay ilə görüşəcək. Görüşdə iki ölkə arasındakı əlaqələr, Kıbrıs məsələsi və müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Kıbrıs Gazetesinin Türkiyə Baş nazirliyinin Mətbuat və xalqla əlaqələr müdirliyinə istinadən verdiyi məlumatda F.Suçuoğlunun Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindın də qəbul ediləcəyi vurğulanır.
Baş nazir Sucuoğlu Ankarada müxtəlif görüşlər də keçirəcək.
[…] KKTC Baş naziri Türkiyəyə rəsmi səfərə gedir […]