Son yeniləmə: 11 Yanvar 2022 20:37
Bayraqdar.info – Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Bu barədə bayraqdar.info-ya yanvarın 11-də saat 20:17 radələrində Müdafiə Nazirliyindən bildirilib:
“Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – deyə xəbərdə bildirilir.