Son yeniləmə: 11 Yanvar 2022 09:58
Bayraqdar.info – Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Antalyada təlim-məşq toplanışı başlayıb.
“Hazırlıq prosesində Azərbaycan komandası 36 nəfərlik heyətlə (24 kişi, 12 qadın) iştirak edir. Təlim-məşq toplanışında Azərbaycan ilə yanaşı, Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrin yığmaları da iştirak edirlər. Antalyada cüdoçuların hazırlıq prosesi yanvarın 14-də başa çatacaq”, – deyə Azərbaycan Boks Federsaiyasından bayraqdar.info-ya verilən xəbərdə deyilir.
Federasiyadan o da qeyd edilib ki, Azərbaycan millisi yanvarın 28-30-da Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran-Pri turnirində, fevralın 5-6-da isə Parisdə təşkil ediləcək “Böyük dəbilqə” yarışında iştirak edəcək.