Press "Enter" to skip to content

Boks üzrə Azərbaycan çempionatı keçiriləcək

Boks yarışları başlayır

Bayraqdar.info – Yanvarın 11-də böyüklər arasında boks üzrə Azərbaycan çempionatı başlayır. Azərbaycan Boks Federasiyasından bayraqdar.info-ya bildirilib ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

“Çempionata Respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu qatılacaq. Qaliblərin adına isə yanvarın 15-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaqlar və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.